Ermənistanda virus xəstəlikləri yayılıb. Son bir həftə ərzində təkcə Yerevandakı xəstəxanalara 541 uşaq yerləşdirilib. Onlardan 184-də pnevmaniya aşkarlanıb.
NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, tibb mütəxəssisləri AH1N1 virusunun yenidən yayılmasından şübhələnsələr də, Ermənistan səhiyyə nazirliyi faktı hələlik təsdiq etmir. Vətəndaşlar isə onlara göstərilən xidmətdən narazılıqlarını bildirirlər. Ermənistan mətbuatı yazır ki, AH1N1 virusu təhlükəsi yenidən qayıdarsa, bu fəlakətin qarşısını almaq üçün tibb mərkəzlərində heç bir şərait yoxdur. Xəstəxanalarda lazımi şəraiti yoxdur. Bu mərkəzlərin elə özləri epidemiya mənbəyidir. Ona görə də bir neçə il əvvəl AH1N1 virusundan ölənlərin sayə 20 nəfər oldu.