“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

A- A A+

“Nokia” korporasiyası Özbəkistanda “Perfectum” operatoru üçün 5G şəbəkələri quracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Finlandiyanın “Nokia” telekommunikasiya kompaniyasının press-relizində deyilir. Məlumata görə, 5G şəbəkəsinin 2024-cü ilin dördüncü rübündə Daşkənddə kommersiya istifadəsinə verilməsi və növbəti iki il ərzində mərhələli şəkildə ölkənin bütün regionlarına paylanması planlaşdırılır.

“Nokia” kompaniyasının təcrübəsi onu Özbəkistanda 5G dövrünün başlanması, şəbəkənin uğurla yerləşdirilməsi və uzunmüddətli dəstəyin təmin edilməsi kimi mühüm vəzifədə etibarlı tərəfdaşa çevirir. Bu, sürətlə inkişaf edən rəqəmsal texnologiya ilə ayaqlaşmaq üçün mühüm addımdır”, – deyə “Perfectum” operatorunun Baş direktoru Dmitri Şukov bildirib.

Telekommunikasiya, informasiya texnologiyaları və məişət elektronikası sahəsində ixtisaslaşmış “Nokia” korporasiyasının əsası 1865-ci ildə qoyulub. Mənzil qərargahı Finlandiyanın Espoo şəhərində yerləşən “Nokia” təxminən 130 ölkədə fəaliyyət göstərir. Hazırda kompaniyada 87 mindən çox işçi çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: