Yanvarın 12-də Ermənistandakı 102 saylı hərbi bazanın qarşısında etiraz aksiyası keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı, Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan məlumat yayıb. O bildirib ki, aksiya Avetsyan ailəsinin qətlə yetirilməsinin dördüncü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın öldürülməsinin 40-cı gününə həsr ediləcək.