Qərb real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürür.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.
O bildirib ki, xarici “məsləhətçilər” Kiyevə Rusiya ərazisində təxribatlar hazırlamasına dəstək verir və prosesdə iştirak edirlər:
“Kəşfiyyat məlumatları Ukraynaya real vaxt rejimində ötürülür. Həmçinin Ukrayna hərbçiləri üçün təlimlər təşkil olunur. Qərbin hərbi mütəxəssisləri və muzdluları döyüş bölgəsindədir”.
S.Şoyqunun sözlərinə görə, ABŞ müharibəni məqsədli şəkildə uzatmağa çalışır.