Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

A- A A+

Gürcüstan əhalisi 2023-cü ildə əvvəlki illə müqayisədə 1,1 faiz azalıb. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 3 milyon 694 min 600 nəfər təşkil edib. Əhalinin 48 faizi kişilər, 52 faizi qadınlardır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2023-cü ildə təbii artımda 2542 nəfər azalma olub, 39 min 207 mənfi miqrasiya qeydə alınıb. Əhalinin əmək qabiliyyətli yaş həddi 15-64 yaş təşkil edib ki, bu da ümumi əhalinin 64,3 faizi deməkdir.

Ölkə əhalisinin 19,5 faizi 0-14 yaş arasında, 64,3 faizi 15-64 yaşında, 16,2 faizi isə 65 yaşdan yuxarı olanlardır. Orta uzunömürlülük 2022-ci illə müqayisədə 1,3 vahid artaraq 75 yaşa çatıb. Qadınlar arasında bu göstərici 79,4 yaş, kişilər arasında isə 70,6 yaşdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: