Ekvadorun Pastasa əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ekvadorun Silahlı Qüvvələri “X”də xəbər yayıb.
"Ekvador Ordusu ictimaiyyətə təəssüflə xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitlərinin aşkar edildiyini bildirir", - açıqlama vurğulanır.
Qeyd olunur ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.
Hərbçilər qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıblar.