İspaniyada ilk dəfə 3D piyada keçidi tətbiq olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, İspaniyanın Villareal şəhərində bu ölkədə ilk dəfə olaraq 3D formatından istifadə etməklə piyadalar üçün keçid zolağı çəkilib.

Şəhər sakinlərinin çoxsaylı şikayətlərində avtomobillərin yollarda yüksək sürətlə hərəkət etməsi, piyadalar üçün keçid zolaqlarına da sürətlə yaxınlaşması qeyd olunurdu. Şikayətləri nəzərə alan şəhər rəhbərliyi bu yeniliyi tətbiq etmək qərarına gəlib.

3D piyada keçidi zolağı hələlik Villareal şəhərinin yalnız bir nöqtəsində çəkilib və müşahidələr aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: