Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr davam edir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, siyasətçilər bu məsələdə fəallıq göstərirlər: “Mayın sonuna qədər siyasi partiyaların fikirlərini almaq istəyirik. Proseslər uğurla davam edərsə, nəticə əldə olunacağına inanıram”.
N.Kurtulmuş söyləyib ki, son qərarı TBMM verəcək: "Təkcə siyasilərin fikirləri ilə kifayətlənməyəcəyik. Həm də vətəndaş cəmiyyətlərinin fikirlərini öyrənəcəyik".