Ermənilər yaşadıqları ölkənin mədəniyyətinə və tarixinə hörmət etməlidir. Oranın adət-ənənələri ilə yaxından tanış olmalıdırlar.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyan Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi cinayət hadisəsini şərh edərkən deyib.
O bildirib ki, Ermənistan tərəfi hər hansı bir insidentin baş verməsini gözləməməlidir, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır. Müxtəlif xarici ölkələrdəki erməni diasporları düzgün siyasi xətt müəyyənləşdirməlidir.