İrəvanın Respublika meydanında Qeqarkunik vilayətinin Azat kəndində kazarmada baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin yaxınları etiraz aksiyası keçiriblər.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar hakimiyyətindən hadisənin obyektiv araşdırılmasını tələb ediblər.
“Biz baş verənlərlə bağlı rəsmi versiyaya inanmırıq. Onlar bu problemi həll etməsələr, biz başqa tədbirlər görəcəyik”, - həlak olan hərbi qulluqçulardan birinin qohumu bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş versiya çərçivəsində iş aparılır, heç bir real araşdırma aparılmır.
Qeyd edək ki, 2023-cü il yanvarın 19-da Azat kəndinəki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb.