Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

A- A A+

Çinin cənubundakı Quandon əyalətində magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə nəticəsində yoldan çıxaraq aşan və dağıntı altında qalan avtomobillərin axtarış işləri başa çatıb. Hadisədə xəsarət alan 30 nəfər tibb ocaqlarında müalicə alır.

Qeyd edək ki, hadisə mayın 1-də səhər erkən saatlarda Meycou-Dabu avtomagistralında baş verib. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxaraq aşıb. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır. Yerli hakimiyyət orqanları magistralın çökməsinə ötən həftə Quanqdon əyalətində yağan güclü yağışın səbəb ola biləcəyini ehtimal edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: