Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

A- A A+

Bəzi Avropa ölkələrində ifrat irqçi hərəkatların dövlət tərəfindən dəstəklənməsi Qərb demokratiyası üçün fəlakət və rüsvayçılıqdır. Qərb idarəçilərinin ikiüzlü siyasətini dərs alaraq izləyirik.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən Beynəlxalq Demokratik İttifaqın bacarıqlarının artırılması və təlim seminarının açılış mərasimində söyləyib.

Artıq 20 ildir Qərb ölkələrindəki türk icmasını təmsil edən təşkilatın fəaliyyəti haqqında danışan Prezident Ərdoğan Avropada irqçilik, islamofobiya, ayrı-seçkilik və hətta antisemitizmlə mübarizədə qurumun həmişə ön planda olduğunu vurğulayıb.

Bildirilib ki, təşkilat Avropadakı türklərin hüquqlarının müdafiəsi, inteqrasiya proseslərinin asanlaşdırılması, onların siyasətdə, iqtisadiyyatda, vətəndaş cəmiyyətində və elmdə dəstəklənməsi, gənc nəsillərin yaşadıqları cəmiyyətdə assimilyasiyaya uğramadan iştirakı kimi geniş sahələrdə dəyərli fəaliyyətlər həyata keçirib və keçirməkdədir. Avropada türk diasporunun üzləşdiyi çağırışlar və təhdidlər dəyişdikcə birliyin fəaliyyət sahəsi də genişlənir.

Avropada nifrət cinayətləri ilə mübarizədə fikir ayrılığına toxunan Türkiyə Prezidenti deyib: “Müsəlmanlara və mühacirlərə qarşı irqçi hücumların əksəriyyəti istintaq mərhələsində ört-basdır edilir. “Qurani-Kərim”i hədəf alan terror aktlarına fikir azadlığı adı altında məhəl qoyulmur. Belə ikili standartlara dair misalların sayını artırmaq olar. Bu, Avropadakı prosesləri izləyən hər kəsin qəbul edəcəyi həqiqətdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: