Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.