Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir, lakin bu səfərin konkret müddəti hələ müəyyən edilməyib.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov deyib: “Biz lap yaxın perspektivdə olmasa da kifayət qədər tezliklə belə bir səfəri gözləyirik və ona hazırlaşırıq. Bununla bərabər, hələlik konkret tarix müəyyən edilməyib”.
Bundan əvvəl Anadolu agentliyi xəbər verib ki, Türkiyə Prezidenti Rusiyaya yanvar ayında gələcək, iki ölkənin liderləri geniş əhatəli məsələləri, o cümlədən Suriyada vəziyyəti və Ankaranın Moskvadan S-400 zenit raket sistemləri alması barədə müqaviləni müzakirə edəcəklər.