Türkiyədə bomba xəbərdarlığı verildiyi təyyarədə təhlükəli maddə aşkarlanmayıb

A- A A+

Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən təyyarədə bomba olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub.

NUHÇIXAN “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Əsənboğa hava limanına qayıdan təyyarə rahat şəkildə eniş edib və təhlükəsiz parklanma yerinə aparılıb.

Sərnişinlər təxliyə edildikdən sonra hava nəqliyyatı vasitəsində mütəxəssis qruplar və qoxuya həssas köpəklər tərəfindən axtarış aparılıb.

Sərnişinlərə və onların baqajına da baxış keçirilib.

Polis qruplarının təyyarədə apardığı axtarışlar nəticəsində xəbərin yalan olduğu aydın olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: