Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 75-ə çatıb

A- A A+

Braziliyanın cənubundakı Riu Qrandi-du-Sul ştatında güclü daşqınlar nəticəsində azı 75 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında deyilir.

Bundan əvvəl 66 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, azı 103 nəfər itkin düşüb, 107 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Yağışlar və qasırğadan 780 mindən çox sakin zərər çəkib, 334 bələdiyyə fəlakətdən zərər çəkib ki, bu da Riu Qrandi-du-Suldakı bütün şəhərlərin 66 %-dən çoxuna bərabərdir. Qeyd edilir ki, minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: