Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə DİN-in verilənlər bazasından bəlli olub.
“7 sentyabr 1962-ci ildə Luqansk vilayətinin Krasnı Luç (Ukrayna şəhəri Xrustalnı adlandırır – red.) şəhərində anadan olmuş Oleksiy Myaçeslavoviç Danilov Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, – verilənlər bazasında nəql edilib.
Onun hansı cinayətdə şübhəli bilindiyi açıqlanmır.
Bundan başqa, Daxili İşlər Nazirliyinin verilənlər bazasından belə çıxır ki, Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin də axtarışa verilib. O həmçinin Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri ilə axtarışdadır. Bazaya görə, axtarışa verilənlər sırasında Ukrayna Ali Radasının keçmiş sədri, bu ölkənin baş nazirinin keçmiş müavini Volodimir Qroysman da var.