Həftə ərzində Olimpiya məşəlinin ölkə ərazisində hərəkətinə mane olan 12 aksiyanın qarşısı alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Darmanin bildirib. Nazir əlavə edib ki, polis əməkdaşları “Paris 2024” Yay Olimpiya Oyunlarına ciddi şəkildə hazırlaşır.
Qeyd edək ki, Olimpiya məşəli bazar ertəsi Monpelye şəhərinə gətiriləcək.