Rusiyanın Belqorod şəhərində mərmi düşən bir binanın uçmuş hissəsində aparılan axtarış-xilasetmə işləri başa çatıb. NUHÇIXAN Rusiya FHN-ə istinadla xəbər verir ki, qalıqlar altından 17 nəfər sağ çıxarılıb, binanın 15 sakini isə həlak olub.
Xilas edilən altı nəfəri federal klinikalara göndəriblər, 11 zərərçəkən isə yerli xəstəxanalarda müalicə olunur. Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qeyd edək ki, mayın 12-də Rusiyanın Belqorod vilayətinin Belqorod şəhərində 10 mərtəbəli binaya mərminin düşməsi nəticəsində onun 40 mənzilin olduğu hissəsi uçub.