Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli G1 portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.
Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.
81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.