Qazaxıstanda daşqınlardan sonra evlərini tərk edən 54 min 755 nəfər geri qayıdıb.
NUHÇIXAN xəbər verir ki, Kazinform agentliyi bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, hazırda təxliyə mərkəzlərində 5 min 291 nəfər qalmaqdadır. İndiyədək 11 min 205 yaşayış binasından və 3 min 516 həyətyanı sahədən su çəkilib.
Hazırda ölkənin qərbində vəziyyət gərgin olaraq qalır. Bir neçə gündən sonra Atırau vilayətində daşqının pik həddə çatacağı gözlənilir. Jayık çayının İnderbor qəsəbəsindən keçən hissəsində suyun səviyyəsi təhlükəli həddə yüksəlib.