Korrupsiyada və Misir ilə Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham olunan Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin məhkəməsi iyulun əvvəlinə qədər davam edəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Mayın 13-də Nyu-Yorkun Cənub Dairəsində məhkəmə andlı iclasçıların seçilməsi ilə başlayıb. Nəşr qeyd edib ki, lazımi sayda andlı iclasçıları seçmək hələlik mümkün olmayıb.
NYT bildirib ki, məhkəmənin iyulun 4-dək davam edəcəyi gözlənilir.