Türkiyənin Ali Məhkəməsinə yeni sədr seçilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, bundan sonra Ömer Kerkez Ali Məhkəməyə sədrlik edəcək. O, Ali Məhkəməyə 37-ci tur seçkilərində 193 səs yığıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca idi. Onun 4 illik səlahiyyət müddəti başa çatıb.