Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib

A- A A+

Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın növbəti dörd il üçün kompleks islahat planını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumata görə, bu planın həyata keçirilməsi Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardım almağa imkan verəcək və ölkəni təşkilata üzv olmağa yaxınlaşdıracaq.

Bundan əlavə, 2024-cü il martın 1-dən qüvvəyə minən dəstək proqramı 2024-cü ildən 2027-ci ilə qədər Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün qrantlar və kreditlər şəklində 50 milyard avroya qədər sabit maliyyələşdirməni nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: