Çin səhrasında dəvələr üçün işıqforlar quraşdırılıb

A- A A+

Dəvələrin hərəkətini tənzimləmək üçün Çin səhrasında işıqforlar quraşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Oddity Central” portalı məlumat yayıb.

Bildirilib ki, Qansu əyalətində işıqforlar quraşdırılıb. Məsələ burasındadır ki, hər il mayın əvvəlində buradakı səhrada keçirilən festival zamanı minlərlə insan gəlir və dəvə sürmək onların əsas əyləncələrindən biridir. Buna görə də yerli hakimiyyət orqanları heyvanların və atlıların hərəkətini tənzimləmək üçün belə bir addım atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: