Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb

A- A A+

Türkiyənin 22 əyalətində keçirilən “Bozdoğan-39” adlı antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də bildirib.

Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin, habelə digər aidiyyəti qurumların Adana, Adıyaman, Ankara, Antalya, Bitlis, Denizli, Diyarbakır, Elazığ, Hakkari, Hatay, İstanbul, İzmir, Kütahya, Manisa, Mardin, Mersin, Osmaniye, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ və Vanda keçirdikləri antoterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Onlar "Separatçı Terror Təşkilatı" (BTÖ) üzvlərinin qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməkdə, terror təşkilatının gənclər strukturunda fəaliyyət göstərməkdə və başqa bu kimi cinayətlərdə ittiham olunurlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: