Rusiya NATO-ya hücum etmək niyyətində deyil, bu barədə mülahizələr isə cəfəngiyyatdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində söyləyib.
“Qərb qrupundakı yekəxanalarla yanaşı, baş verənlərlə bağlı müzakirələrə təzə fikirlər gətirdiyini sanan bir çox modaçılar da var. Məsələn, Vaşinqtonun əmri ilə 2024-cü ilin yaz-yay mövsümünün modası Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı, mütləq digər NATO ölkələrinə hücum edəcəyi ideyasına çevrilib. Bu, tamamilə absurddur”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynanın məğlub olacağı təqdirdə Rusiya rəhbərliyinin “dayanmayacağı” və “regionda daha aqressiv addımlar atacağı” fikrini bildirmişdi.