Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

A- A A+

Hazırda Rusiyanın Xarkovu tutmaq planı yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Çinin Harbin şəhərinə səfəri zamanı mətbuat konfransında bildirib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyatı sanitar zonasının yaradılması ilə bağlıdır.

“Xarkov istiqamətində baş verənlərə gəlincə, bu da onların öz təqsiridir. Onlar sərhədyanı ərazilərdə yaşayış məhəllələrini, o cümlədən Belqorodu atəşə tutmaqda davam edirlər. Mən açıq şəkildə dedim ki, əgər bu davam edərsə, biz sanitar zonası, təhlükəsizlik zonası yaratmağa məcbur olacağıq”, - deyə Putin bəyan edib.

Rusiya Prezidenti, həmçinin qeyd edib ki, Moskva Ukrayna məsələsində kiminlə görüşmək və kimə etibar etməyi anlamaqdan ötrü vəziyyəti təhlil edir. O əlavə edib ki, Ukraynaya dair danışıqlar prosesi üçün baza İstanbul razılaşmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: