İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də fələstinli radikalların hücumundan sonra öldürülən üç girovun meyitini aşkarlayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari xəbər verib.
“Təəssüflə bildirirəm ki, dünən gecə İsrail ordusu və Baş Təhlükəsizlik qüvvələri oktyabrın 7-də HƏMAS qırğını zamanı girov götürülən və onun tərəfindən öldürülən girovlarımız Şani Luk, Amit Buskila və Yitzhak Qelernterin meyitlərini tapıblar”, - o brifinqdə bildirib.
İsrail ordusunun əldə etdiyi məlumata görə, onların hər üçü festivalı tərk etmək istəyərkən öldürülüb, bundan sonra radikallar meyitləri Qəzza zolağına aparıblar.