Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Çini iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə dəvət edib.

NUHÇIXAN RTL-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı AFP-yə müsahibəsində bildirib.

“Mən istərdim ki, Çin sülh sammitində iştirak etsin”, - o vurğulayıb.

V.Zelenski bildirib ki, Pekin və digər dünya oyunçuları Rusiyaya təsir etmək imkanlarına malikdirlər: “Çin liderləri belə bir hisslə yaşayırlar ki, Rusiya müharibəni uduzsa, bu, Rusiya üçün məğlubiyyət deyil, ABŞ-nin qələbəsidir. Buna görə də onlar üçün bu, Ukraynanın qələbəsi və ya Rusiyanın məğlubiyyəti deyil, Qərbin qələbəsidir. Onlar bu iki anlayış arasında balans tapmaq istəyirlər”.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Lütsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: