“Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin mayın 18-də xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.
Məqalədə qeyd edilib ki, vetonun götürülməsi üçün “Gürcü arzusu”nun malik olduğu sadə səs çoxluğu tələb olunur. Eyni zamanda, parlament üzvləri iyunun 28-də tətilə gedəcək:
“İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunun qəbulunu sentyabr ayına qədər təxirə salacaq”, - nəşr yazıb.