Fələstin dövlətinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin bunun vaxtı hələ çatmayıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Onun sözlərinə görə, bu gün Fələstinin tanınması qərarının vəziyyətə real təsir göstərməsi üçün şərait yaranmayıb:
“Bununla bağlı qərar faydalı olmalı və siyasi baxımdan əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verməlidir. Odur ki, bu istiqamətdə qərar lazımi anda verilməlidir”.