Rusiya XİN: Yeni Kaledoniyada baş verənlər Fransanın müstəmləkə-imperiya təfəkkürünün davamıdır

A- A A+

Yeni Kaledoniyada baş verənlər Qərb liberal demokratiyasının saysız-hesabsız cinayətlərinin təzahürlərindən biridir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Yeni Kaledoniyadakı vəziyyəti Rusiya XİN-in mayın 18-də şərh etdiyini xatırladıb: “Bəli, biz daxili işlərə qarışmırıq, onu şərh etmirik. Lakin çoxlu sualları nəzərə alaraq və ən başlıcası Qərbin demokratiya, azadlıq kimi tezislərlə manipulyasiyasının sistemliyini nəzərə alaraq bu suallara cavab veririk. Yeni Kaledoniyadakı faciəvi hadisələr köhnə ziddiyyətlərin və onun köklü əhalisinin vəziyyətlərindən narazılıqlarının artması nəticəsində ortaya çıxıb. Biz Yeni Kaledoniyadakı ictimai-siyasi böhrana onun və ümumilikdə dünyada dekolonizasiya prosesinin başa çatmamasının nəticəsi kimi baxırıq. Bu, bir daha onu təsdiq edir ki, Fransanın keçmiş müstəmləkələrinə münasibətdə siyasəti dalana dirənib”.

Zaxarova Parisin bu siyasətini Fransanın müstəmləkə-imperiya təfəkkürünün davamı adlandırıb: “Biz Fransanın rəsmi hakimiyyətini etiraz edənlərə əsassız güc tətbiqindən çəkinməyə çağırırıq. Biz Parisi Yeni Kaledoniyanın köklü əhalisinin hüquq və azadlıqlarının təmin edilməsinə riayət etməyə çağırırıq. Parisi digər ölkələrə əsassız olaraq qoyduğu yüksək tələblərə müvafiq olmağa çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: