Prezident Rəisinin cənazəsi dəfn olunmaq üçün Məşhədə gətirilib

A- A A+

İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Çox sayda insan və İmam Rza hərəminin bir qrup qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına toplaşıb.

Bildirilir ki, xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə gediblər.

Mayın 19-da helikopter qəzasında həyatını itirən İbrahim Rəisi bu gün vətəni Məşhəd şəhərindəki İmam Rza türbəsində dəfn olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: