BMT Burundiyə 2,5 milyon dollar humanitar yardım ayırıb

A- A A+

BMT Burundidə daşqınlardan əziyyət çəkən 30 minə yaxın insana yardım üçün 2,5 milyon dollar ayırıb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi məlumat yayıb.

Ofisin baş katibinin müşaviri, eyni zamanda fövqəladə yardım koordinatoru Martin Qriffits beynəlxalq təşkilat və onun tərəfdaşları tərəfindən 63 mindən çox insana gigiyena, səhiyyə və maddi yardım göstərmək üçün vəsait ayrıldığını bildirib.

İlin əvvəlindən yağan güclü yağışlar Burundi boyunca, xüsusən də ölkənin cənub-qərbindəki Tanqanyika gölünün yaxınlığında şiddətli daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: