Media: Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski iyunda keçiriləcək “Böyük yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün İtaliyaya səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenski G7 liderlərinin Kiyevə əlavə yardım göstərməsinə nail olmaq üçün onların görüşündə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, G7 sammiti iyunun 13-dən 15-dək İtaliyada keçiriləcək. ABŞ Prezidenti Co Baydenin də sammitdə iştirakı gözlənilir. İclasda, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım göstərmək üçün istifadə planı müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: