İkinci Dünya müharibəsi zamanı batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın qalıqları təxminən 80 il sonra Cənubi Çin dənizində tapılıb.
NUHÇIXAN BBC telekanalına istinadla xəbər verir ki, “USS Harder” sualtı qayığı Filippinin şimalında dənizin 914 metr dərinliyində aşkarlanıb. Qayıq 79 nəfərlik ekipajı ilə birlikdə 1944-cü il avqustun 29-da batmışdı. ABŞ Hərbi Dəniz Qüvvələrinin tarix və irs komandanlığının məlumatına görə, son döyüşlərin birində “USS Harder” üç Yapon esminesini batırmış, ikisini də ağır zədələmişdi.
Filippin İkinci Dünya müharibəsində əsas döyüş meydanlarından biri olub. Arxipelaq və ətrafındakı sular o vaxt döyüş gəmilərinin dayanacaq yeri kimi istifadə edilib.
2015-ci ildə amerikalı milyarder Pol Allen Filippinin Sibuyan dənizində iki ən böyük yapon döyüş gəmisindən biri olan Musaşinin qalıqlarını tapmışdı.