ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni silah partiyası ayırıb

A- A A+

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya 275 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını təqdim etdiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin baş diplomatının yazılı bəyanatında qeyd olunub.

Bildirilib ki, bu paketə, xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Javelin” və AT-4 tank əleyhinə idarəolunan raket, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiyadan qorunma dəstləri daxilir.

Blinken vurğulayıb ki, bu yeni silah partiyasının buraxılması Vaşinqtonun Kiyevə “Rusiyanın Xarkovdakı hücumunu dəf etməyə” kömək etmək səylərinin bir hissəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: