Tanzaniyada fabrikdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb

A- A A+

Tanzaniyanın şərqində şəkər fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Moroqoro zavodunda partlayış istilik sistemindəki elektron nasazlıq sonucunda baş verib. Bundan əvvəl Keniya, Hindistan və Braziliya vətəndaşları da daxil olmaqla zavodun 11 əməkdaşının öldüyü bildirilirdi.

Yanğınsöndürmə və Xilasetmə Xidmətinin sözçüsü Şaban Maruquco “Mwananchi” nəşrinə açıqlayıb ki, dərhal axtarış-xilasetmə əməliyyatı başlayıb və insident araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: