Ermənistanda davam edən etiraz aksiyalarının növbəti biri də Eçmiədzində keçirilib. Yanvarın 12-də Yerevan-Eçmiədzin magistral yolunu bağlayan etirazçılar girov müqabilində həbsdən azad olunduğu iddia edilən general Manvel Qriqoryanın dərhal istintaq təcridxanasına qaytarılmasını tələb ediblər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin qarşısını almaq və yolu açmaq üçün əraziyə cəlb olunmuş polislərlə aksiya iştirakçıları arasında qarşıdurma olub. Yerevanın əsas aeroportu olan “Zvartnots”a gedən yol da bağlandığından etirazçıları dağıtmaq üçün əlavə polislər gətirilib. Uzunsürən danışıqlardan sonra aeroport yolunu açmaq mümkün olub.
General Qriqoryan qanunsuz silah saxlama və hərbçilərin ərzaq payını mənimsəmə ittihamları ilə həbs olunmuşdu.