Mərsində ağır yol qəzasında 10 nəfər ölüb, 30 nəfər yaralanıb

A- A A+

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

NUHÇIXAN “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Mərsin valisi Ali Hamza Pehlivan açıqlayıb.

“TAG (Tarsus-Adana-Qaziantep – red.) avtomobil yolunda baş vermiş qəzada, ilkin məlumata görə, 10 nəfər ölüb, 30 nəfər yaralanıb”, – vali agentliyin müxbirinə bildirib.

“Anadolu” qeyd edib ki, olaya səbəb “Star Diyarbakır” şirkətinə məxsus avtobusun qarşı hərəkət zolağına çıxaraq 2 minik avtomobili və 1 yük maşınına çırpılması olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: