Pakistanın paytaxtında meşə yanğınları iki gündür davam edir

A- A A+

Pakistanın paytaxtı İslamabadda Marqalla-Hills Milli Parkında genişmiqyaslı yanğınsöndürmə əməliyyatı ardıcıl ikinci gündür ki, davam edir.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “The News” qəzeti xəbər verib.

Qeyd olunub ki, Pakistan ordusunun aviasiya eskadrilyaları və helikopterləri yanğının daha da genişlənməsinin qarşısını almaq üçün əlavə səylər göstərir.

Yanğın 3-cü magistral ərazisində başlayıb və daha sonra magistral 5-ə keçib. Yanğınsöndürmə əməliyyatına 65-dən çox yanğınsöndürən, 6 hava eskadronu və Pakistan ordusunun helikopterləri cəlb olunub və artıq 3-cü magistral yolda yanğını söndürməyə müvəffəq olub.

Hadisənin səbəbləri hələlik məlum deyil. Yanğın nəticəsində insan tələfatı barədə məlumat verilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: