Leonid Slutski: Qarabağ Azərbaycandır!

A- A A+

Qarabağ Azərbaycandır!

NUHÇIXAN xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri, Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən qəbuldakı nitqini bu sözlərlə yekunlaşdırıb.

“Qəlbində, ruhunda, şüurunda Azərbaycan olan hər kəsə müraciət etmək istəyirəm. Azərbaycan öz inkişafında çox ağır illərdən keçib. Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin qurucusu olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nəticələr əldə edib. O, dahi atasının adına və xatirəsinə layiq olduğunu sübut etdi”, - deyə L.Slutski vurğulayıb.

Siyasətçi Azərbaycanın yoxsulluqla mübarizədə qalib gəldiyini, enerji cəhətdən müstəqil dövlətə çevrildiyini, ölkədə mütəmadi olaraq Beynəlxalq Humanitar forumların və bir çox digər beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib.

Rusiyalı siyasətçi bildirib: “Ən əsası, Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağın qaytarılması məsələsini həll edə bildi. Bu gün çox işlər görülməlidir və bu əraziləri yenidən abadlaşdırmaq lazımdır. Hazırda Rusiya ilə Azərbaycanı yüzlərlə mühüm infrastruktur layihələri birləşdirir. Parlament diplomatiyası da burada sonuncu yerdə deyil. Qarabağ Azərbaycandır!”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: