Kırıkkaledə ağır yol qəzasında 22 nəfər yaralanıb - FOTOLAR

A- A A+

Türkiyənin Kırıkkale şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər yaralanıb.

NUHÇIXAN “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd olunub ki, olay Kırıkkale – Kırşehir şosesi, Yenimahalle Qəbiristanlıq Qovşağında baş verib. Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Qəzada yaralanan 22 nəfər şəhərdəki xəstəxanalara çatdırılıb. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: