İran parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb

A- A A+

İran parlamentində deputatlar arasında yaşanan mübahisə əlbəyaxa davaya çevrilib.

NUHÇIXAN xəbər verir ki, məlumatı “Hamshahri Online” yayıb.

Bildirilib ki, mandatlar elan olunan zaman deputatlar Malik Şəriəti və Qulamrza Tacgerdun bir-birinə əl işarəsi göstəriblər, bu isə mübahisəyə və əlbəyaxa davaya səbəb olub. Bunun ardınca onların tərəfdarları da davaya qarışıb.

Məlumata görə, yeni parlamentin mayın 30-da keçirilən iclasında deputatların səlahiyyətləri təsdiqlənir. Mayın 29-da Malik Şəriətinin başçılıq etdiyi nümayəndələr parlamentin Rəyasət Heyətinə Qulamrzanın səlahiyyətlərinin təsdiqinə etiraz məktubu təqdim edib. Qulamrza Tajgerdunun tərəfdarları isə bu gün onlara cavab veriblər.

Qeyd edək ki, parlamentə seçkilər martın 1-də keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: