Müxalifətin İrəvanın mərkəzində keçirdiyi etiraz aksiyası zamanı polislə yaşanan toqquşma nəticəsində 9 nəfər saxlanılıb.
NUHÇIXAN “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, onlardan yeddisi Myasnikyan prospekti, iki nəfər isə “Respublika” meydanında polisə müqavimət göstərərkən tutulub. Polis həmçinin vətəndaşları ərazini tərk etməyə çağırsa da bu, mümkün olmayıb. Bir qrup aksiya iştirakçısı isə hökumət binasının əsas girişini bağlamağa cəhd göstərib.
Qeyd edək ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının təşkilatçısı olduğu aksiya bu dəqiqələrdə də davam edir.