Slovakiya hökuməti: Baş nazir Fitsonun vəziyyəti qənaətbəxşdir

A- A A+

Slovakiya hökuməti Baş nazir Robert Fitsonun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

NUHÇIXAN Slovakiya mediasına istinadla xəbər verir ki, Baş nazirin müavini və müdafiə naziri Robert Kalinak da Fitsonun vəziyyətinin yaxşılaşdığını, yenidən yeməyə başladığını təsdiqləyib.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də sui-qəsd nəticəsində güllə yarası alıb və xəstəxanaya aparılıb. Hadisə paytaxtdan 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: