Yeni Kaledoniyada uçuşların bərpası yenidən təxirə salınıb

A- A A+

Mayın 14-dən uçuşların dayandırıldığı Numea-La Tontuta aeroportuna kommersiya uçuşlarının bərpası yenidən təxirə salınıb.

NUHÇIXAN “Figaro”ya istinadla xəbər verir ki, bazar günü işə başlamalı olan aeroportda uçuş qadağası daha bir gün uzadılıb. Yerli aviadaşıyıcı “Aircalin” bildirib ki, polis Yeni Kaledoniyadakı gərginliyi nəzərə alaraq hava limanının bağlı qalma müddətini bazar ertəsi saat 09.00-dək uzadıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın əsas nəqliyyat vasitəsi təyyarədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: