Ukrayna və İsveç təhlükəsizlik zəmanətlərinə dair saziş imzalayıblar

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsveçin Baş naziri Ulf Kristersson Stokholmda təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli saziş imzalayıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RBC-Ukraina” prezident aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sənədə əsasən, 2024-2026-cı illər ərzində İsveç Ukraynaya təxminən 6,5 milyard avro dəyərində hərbi yardım göstərəcək və bu da ildə təxminən 2,2 milyard avro deməkdir. Sazişin 10 illik müddəti ərzində yardımın həcmi artacaq.

Bundan başqa, Ukraynanın hərbi dəstəyinə aviasiya və hava hücumundan müdafiə, zirehli texnika, artilleriya, gücləndirilmiş dəniz təhlükəsizliyi, minalardan təmizləmə yardımı və pilotsuz uçuş aparatları daxildir.

Qeyd edilib ki, İsveç artıq Ukraynanı “Archer” artilleriya sistemləri və CV90 döyüş maşınları ilə təmin edib və bundan sonra da təmin edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: