Türkiyədə üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7-yə çatıb - YENİLƏNİB

A- A A+

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

"Report" xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.

"Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır", - D.Gül deyib.

Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.

Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: